Rusiyanın xarici işlər naziri Sergey Lavrov işgüzar səfərlə İranın paytaxtı Tehrana gedib.
Army.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiya Xarici İşlər Nazirliyinin daha əvvəl yaydığı məlumata əsasən, Lavrovun səfər çərçivəsində İran Prezidenti Məsud Pezeşkian tərəfindən qəbul edilməsi nəzərdə tutulur. O, həmçinin iranlı həmkarı Abbas Əraqçi ilə danışıqlar aparacaq.
Görüşlərdə beynəlxalq və regional gündəmin aktual məsələlərinin ətraflı müzakirəsi planlaşdırılır. Tərəflərin diqqət mərkəzində İran ətrafında yaranmış vəziyyət və regionda gərginliyin azaldılması istiqamətində Rusiyanın atdığı addımlar olacaq.
