Ev DünyaTramp: ABŞ İrana qarşı əməliyyatları istənilən vaxt dayandıra bilər

Tramp: ABŞ İrana qarşı əməliyyatları istənilən vaxt dayandıra bilər

by Baş Redaktor
46 Baxış

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İrana qarşı apardığı hərbi əməliyyatları istənilən mərhələdə dayandırmaq imkanına malik olduğunu açıqlayıb.

Army.az xəbər verir ki, Tramp bu barədə Kanzas ştatında tərəfdarları ilə görüşü zamanı çıxış edərkən danışıb.

Amerika liderinin sözlərinə görə, İranın nüvə silahı əldə etməsi üçün mövcud imkanlar aradan qaldırılıb. O, bu səbəbdən ABŞ-nin hərbi əməliyyatları davam etdirməsinin zəruri olmadığını bildirib.

Tramp çıxışı zamanı İranın nüvə silahına sahib olmasına imkan verilməyəcəyini vurğulayıb və Vaşinqtonun istənilən vaxt hərbi əməliyyatlardan geri çəkilə biləcəyini qeyd edib.

banner

“Onların nüvə silahı ola bilməz və olmayacaq. Kimsə dedi ki, siz elə indi çıxa bilərsiniz. Bu, doğrudur. Biz elə indi çıxa bilərik”, – ABŞ Prezidenti bildirib.

Əlaqəli Yazılar Xüsusi