Şimali Koreya lideri Kim Çen In oktyabrın 19-da Pxenyanda təşkil olunan geyim və ayaqqabı sərgisində iştirak edib.
Army.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) məlumat yayıb. Agentliyin tədbirdən görüntülər yayması Kim Çen Inın vəfat etdiyi barədə sosial şəbəkələrdə yayılan iddiaların fonunda diqqət çəkib.
Dərc olunan fotolarda Şimali Koreya rəhbərinin uşaq ayaqqabılarını və qadın paltolarını nəzərdən keçirdiyi görünür. Kadrlarda o, həmçinin tədbirdə iştirak edən rəsmilərlə söhbət edir və danışıq zamanı əl-qol hərəkətlərindən istifadə edir.
Xatırladaq ki, Kim Çen Inın ölümü ilə bağlı iddiaları ABŞ-də yaşayan çinli dissident Vantszyun Se səsləndirmişdi. Həmin məlumatlar rəsmi təsdiqini tapmamışdı.
