Ev Hərbi Xəbərlər“Financial Times”: Netanyahu İrana qarşı hərbi əməliyyatların bərpasını istəyir

“Financial Times”: Netanyahu İrana qarşı hərbi əməliyyatların bərpasını istəyir

by Baş Redaktor
48 Baxış

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-la apardığı danışıqlarda İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların yenidən başlanmasının tərəfdarı olduğunu bildirib.

Army.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Netanyahu indiyədək görülən işlərin sona çatdırılmasının vacibliyini vurğulayıb. Bununla yanaşı, ABŞ Prezidenti Donald Trampın İsrail tərəfinə Vaşinqtonun noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərinədək gərginliyin artmasına səbəb ola biləcək addımlardan çəkinəcəyini bildirdiyi qeyd olunur.

Qəzetin mənbələri hərbi əməliyyatların bərpası ilə bağlı müzakirələrin başqa məqsəd daşıya biləcəyini də istisna etmirlər. Onların fikrincə, bu yanaşma Tehrana təzyiq göstərmək və İranı müəyyən güzəştlərə getməyə sövq etmək üçün istifadə olunan taktikanın bir hissəsi ola bilər.

banner

Əlaqəli Yazılar Xüsusi