Ev DünyaPezeşkian: “ABŞ İranla danışıqlar üçün sanksiyaları aradan qaldırmalıdır”

Pezeşkian: “ABŞ İranla danışıqlar üçün sanksiyaları aradan qaldırmalıdır”

by Baş Redaktor
34 Baxış

İran Prezidenti Məsud Pezeşkian Vaşinqtonun Tehranla dialoqu bərpa etmək niyyətində olduğu halda, İrana qarşı tətbiq edilən sanksiyaları ləğv etməli və təhdid ritorikasından əl çəkməli olduğunu bildirib.

Army.az xəbər verir ki, bu barədə İran dövlət başçısı Pakistan ordusunun komandanı Asim Munirlə keçirdiyi görüşdə danışıb.

Pezeşkianın sözlərinə görə, ABŞ-ın danışıqlara və qarşılıqlı razılığa nail olmaq istəyi ilə hazırkı siyasəti arasında ziddiyyət mövcuddur.

“Əgər ABŞ həqiqətən danışıqlar aparmağa və razılığa gəlməyə çalışırsa, onun hazırkı davranışı məntiqsizdir və öz bəyanatları ilə tamamilə ziddiyyət təşkil edir”, – deyə İran Prezidenti vurğulayıb.

banner

Əlaqəli Yazılar Xüsusi