Ev Hərbi XəbərlərZelenski: “Krımın müdafiəsi üçün əmr verilsəydi, müharibə fərqli ola bilərdi”

Zelenski: “Krımın müdafiəsi üçün əmr verilsəydi, müharibə fərqli ola bilərdi”

by Baş Redaktor
44 Baxış

Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, 2014-cü ildə Krımın müdafiəsi ilə bağlı əmr verilsəydi, Rusiya ilə hazırkı miqyasda genişmiqyaslı müharibə baş verməyə bilərdi.

Army.az xəbər verir ki, bu barədə Ukrayna lideri açıqlamasında bildirib.

Zelenskinin sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı müharibəsinin başlanğıcı 2014-cü ilin fevral-mart aylarında Krımın işğalı ilə bağlıdır. O, həmin dövrdə Ukraynanın ərazisini müdafiə etmək üçün lazımi qərarın verilməməsini səhv hesab edib.

Prezident vurğulayıb ki, Krımın işğalı əvvəlcə açıq müharibə formasında görünməsə də, Rusiya yarımadada tədricən nəzarəti ələ keçirib.

banner

Zelenski qeyd edib ki, həmin vaxt Rusiya hərbçilərinin kimliyini gizlətmək üçün onların “yaşıl adamcıqlar” adlandırılması da vəziyyətin xarakterik xüsusiyyətlərindən biri olub.

Əlaqəli Yazılar Xüsusi