ABŞ İran limanlarına tətbiq etdiyi blokadanı uzun müddət davam etdirmək imkanına malikdir.
Army.az xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts deyib.
Diplomat Donald Tramp administrasiyasının Tehrana qarşı iqtisadi təzyiqləri artırdığını qeyd edib.
ABŞ və İran arasında qarşıdurmanın daha bir il davam etməsi, nüvə razılaşmasının əldə olunmaması və Hörmüz boğazında gəmi hərəkətinin müharibədən əvvəlki səviyyəyə qayıtmaması ehtimalı ilə bağlı suala cavab verən Uolts fərziyyələr üzərində danışmaq istəmədiyini deyib. O, həmin vaxta qədər tərəflərin ciddi və mənalı danışıqlara başlayacağına ümid etdiyini vurğulayıb.
Uolts əlavə edib ki, ABŞ Hərbi Dəniz Qüvvələri blokadanı yaxın gələcəkdə də davam etdirə bilər.
