Ev DünyaAnkara: Yunanıstan türk azlığının seçdiyi müftiləri tanımalıdır

Ankara: Yunanıstan türk azlığının seçdiyi müftiləri tanımalıdır

by Baş Redaktor
20 Baxış

Türkiyə Yunanıstanı Qərbi Trakya bölgəsində yaşayan türk azlığının hüquqlarını, dini azadlıqlarını və iradəsini nəzərə almağa çağırıb.

Army.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

Açıqlamada qeyd olunub ki, Yunanıstanın Gümülcine və İskeçə şəhərlərində müftilərin təyin edilməsi Qərbi Trakya türk azlığının Lozanna Sülh Müqaviləsi və digər beynəlxalq sənədlərlə qorunan hüquqları ilə bağlı narazılıqlara səbəb olur.

Türkiyə XİN-in mövqeyinə görə, Afina rəhbərliyinin türk icmasının özünün seçdiyi müftiləri tanımaqdan imtina etməsi azlığın iradəsinin nəzərə alınmaması və dini azadlıqların məhdudlaşdırılması deməkdir.

banner

Nazirlik vurğulayıb ki, Yunanıstan ölkəsində rəsmi azlıq statusuna malik olan Qərbi Trakya türk icmasının əsas insan hüquqlarına və dini seçimlərinə hörmətlə yanaşmalıdır.

Əlaqəli Yazılar Xüsusi