Ev DünyaBolqarıstanda seçki günü: Nəticələr nə vaxt açıqlanacaq?

Bolqarıstanda seçki günü: Nəticələr nə vaxt açıqlanacaq?

by Baş Redaktor
37 Baxış

Bolqarıstanda prezident seçkiləri başlayıb. Seçki məntəqələri yerli vaxtla saat 07:00-da açılıb və saat 20:00-dək fəaliyyət göstərəcək.

Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Ən yüksək dövlət vəzifəsi uğrunda 27 namizəd mübarizə aparır. Ölkə üzrə 12 mindən çox seçki məntəqəsi açılıb və 6,6 milyon seçicinin səsvermə hüququ var. Səsvermə prosesi dünyanın daha 60 ölkəsində də təşkil olunub.

İlkin qeyri-rəsmi nəticələrin seçki məntəqələri bağlandıqdan sonra açıqlanacağı gözlənilir. Rəsmi nəticələrin isə oktyabrın 27-də elan edilməsi nəzərdə tutulur.

banner

Əlaqəli Yazılar Xüsusi