İran Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemləri ölkə ərazisi üzərində ABŞ-a məxsus pilotsuz uçuş aparatını (PUA) vurub.
Army.az xəbər verir ki, bu barədə İran ordusunun ictimaiyyətlə əlaqələr bölməsinə istinadən TASS məlumat yayıb.
İran tərəfinin bildirdiyinə görə, ABŞ ordusuna məxsus LUCAS tipli dron Fars körfəzi sahilində, Hörmüzqan vilayətinin Bəndər-Abbas liman şəhəri üzərində məhv edilib. Açıqlamada qeyd olunub ki, PUA ölkənin vahid milli hava hücumundan müdafiə şəbəkəsinə daxil olan sistemlər vasitəsilə vurulub.
Xatırladaq ki, bundan əvvəl İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin rəhbəri İbrahim Əzizi ölkənin milli təhlükəsizliyinə təhdid yaranacağı təqdirdə İran silahlı qüvvələrinin İsraili yaşayış üçün yararsız əraziyə çevirə biləcəyini bildirmişdi.
