Ev Hərbi XəbərlərRusiya-Norveç münasibətləri pisləşib – Moskva çağırış etdi

Rusiya-Norveç münasibətləri pisləşib – Moskva çağırış etdi

by Baş Redaktor
14 Baxış

Son illərdə Rusiya ilə Norveç arasında ikitərəfli münasibətlərin pisləşdiyi bildirilir.

Army.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirlik oktyabrın 25-də Sovet Ordusunun 1944-cü ildə Norveçin şimal-şərqini nasist işğalından azad etməsinin ildönümünü xatırladıb. Bu münasibətlə Norveçin Kirkenes şəhərində sovet əsgərinin abidəsi önündə anım mərasimi keçirilir.

Rusiya XİN Norveç xalqının ölkənin azad edilməsinə və müharibədən sonrakı bərpasına göstərilən yardıma görə minnətdarlığını ifadə edib. Nazirlik Moskva ilə Oslo arasında münasibətlərin pisləşməsi və Norveçin Rusiyaya qarşı siyasəti fonunda ortaq tarixi yaddaşın qorunmasının vacibliyini vurğulayıb.

banner

Qeyd edək ki, daha əvvəl Norveç Ukraynanın “Naftoqaz” şirkətinin iddiası əsasında “Professor Molçanov” gəmisini həbs edib.

Əlaqəli Yazılar Xüsusi