Braziliya beynəlxalq münasibətlərdə müstəqil xəttini davam etdirmək və digər ölkələrlə qarşılıqlı bərabərlik prinsipi əsasında əməkdaşlıq qurmaq niyyətindədir.
Army.az xəbər verir ki, bu barədə prezident seçkilərində qələbə qazanan Luiz İnasiu Lula da Silva çıxışı zamanı bəyan edib.
Braziliya dövlət başçısı ölkəsinin hər hansı bir dövlətin təsir dairəsində olmasını qəbul etməyəcəyini qeyd edib.
Lula da Silvanın sözlərinə görə, Braziliya ABŞ ilə münasibətlərində də müstəqil mövqedən çıxış edəcək və heç bir ölkəyə xüsusi üstünlük vermədən bütün dövlətlərlə bərabərhüquqlu dialoqa üstünlük verəcək.
