ABŞ İranla mümkün danışıqların aparılması üçün əsas tələblərindən birinin Tehranın nüvə proqramından imtina etməsi olduğunu vasitəçilərə çatdırıb.
Army.az xəbər verir ki, bu barədə “Al-Arabiya” telekanalı öz mənbələrinə istinadən xəbər yayıb.
Bildirilib ki, vasitəçilər eyni zamanda İranın nüvə obyektlərinə beynəlxalq müfəttişlərin girişinə icazə verməsi qarşılığında ölkənin xaricdə dondurulmuş aktivlərinin müəyyən hissəsinin azad edilməsi imkanını da müzakirə edirlər.