Ev DünyaRusiyanın hava limanlarında onlarla reys gecikib, Bakı uçuşu da təxirə salınıb

Rusiyanın hava limanlarında onlarla reys gecikib, Bakı uçuşu da təxirə salınıb

by Baş Redaktor
39 Baxış

Rusiyanın bir sıra hava limanlarında pilotsuz uçuş aparatlarının hücumları ilə əlaqədar aviareyslərin hərəkət qrafikində ciddi pozuntular yaranıb. Nəticədə onlarla uçuş gecikib, bəzi reyslərin isə ləğvinə qərar verilib.

Army.az xəbər verir ki, oktyabrın 30-da axşam saatlarından başlayaraq oktyabrın 31-nə keçən gecə Moskvanın Şeremetyevo və Vnukovo, eləcə də Sankt-Peterburqun Pulkovo hava limanlarında uçuşların icrasında problemlər qeydə alınıb.

Yaranmış vəziyyət xüsusilə Dubay, Antalya, İstanbul, Soçi və Mərkəzi Asiya istiqamətində səfər edən sərnişinlərə təsir göstərib.

Gecikən uçuşlar arasında Azərbaycan Hava Yollarının (AZAL) J2 182 saylı Bakı reysi də yer alıb. Həmin reysin saat 13:45-də həyata keçirilməsi nəzərdə tutulub.

banner

Əlaqəli Yazılar Xüsusi