Ev Hərbi XəbərlərSudanda neft obyektinə PUA zərbəsi: Çənlərdə yanğın baş verdi

Sudanda neft obyektinə PUA zərbəsi: Çənlərdə yanğın baş verdi

by Baş Redaktor
39 Baxış

Sudanın şərqində yerləşən Hayya şəhərində neft vurma stansiyası və enerji infrastrukturu pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.

Army.az xəbər verir ki, bu barədə “Sudan Tribune” portalı məlumat yayıb.

Bildirilib ki, zərbələr nəticəsində neft çənlərində və elektrik yarımstansiyasında yanğın baş verib.

Hücumun hədəfi olan stansiya Cənubi Sudan neftini Qırmızı dəniz sahilindəki “Bəşayir” ixrac terminalına daşıyan boru kəmərinin üzərində yerləşir.

banner

Sudan hökuməti hücumun arxasında Çevik Dəstək Qüvvələrinin dayandığını iddia edib.

Əlaqəli Yazılar Xüsusi