Ev DünyaFransada etirazlar toqquşmalara çevrildi: 60-dan çox nümayişçi yaralanıb

Fransada etirazlar toqquşmalara çevrildi: 60-dan çox nümayişçi yaralanıb

by Baş Redaktor
23 Baxış

Fransada keçirilən kütləvi etiraz aksiyaları zamanı baş verən toqquşmalarda azı 60 nümayişçi xəsarət alıb.

Army.az xəbər verir ki, bu barədə ölkənin təcili yardım xidmətlərinin hesabatında bildirilib.

Yaralananlardan dördünün vəziyyətinin ağır olduğu qeyd olunur.

Toqquşmalar zamanı azı 18 hüquq-mühafizə orqanı əməkdaşı da xəsarət alıb. Marseldə iğtişaşların və qarətlərin qarşısını almaq üçün keçirilən əməliyyatlar zamanı 19 polis əməkdaşı yaralanıb. Parisdə isə etirazçıların yandırıcı maddələr atması nəticəsində bir neçə jandarm ağır yanıq xəsarətləri alıb.

banner

Məlumata görə, şənbə günü ölkə üzrə keçirilən aksiyalarda 320 mindən çox insan iştirak edib. Parisdə və digər şəhərlərdə nümayişçilər polisə daş və şüşə butulkalar atıb. Hüquq-mühafizə orqanları isə gözyaşardıcı qaz və səs qumbaralarından istifadə edərək izdihamı dağıtmağa çalışıb.

Aksiyalar zamanı ümumilikdə 565 nəfər saxlanılıb.

Əlaqəli Yazılar Xüsusi