Ev Hərbi XəbərlərISW: Rusiya ordusu ikinci aydır Ukraynada itirdiyi əraziləri geri qaytara bilmir

ISW: Rusiya ordusu ikinci aydır Ukraynada itirdiyi əraziləri geri qaytara bilmir

by Baş Redaktor
45 Baxış

Rusiya ordusu Ukraynada ikinci ay ardıcıl olaraq ələ keçirdiyindən daha çox ərazi üzərində nəzarəti itirib.

Army.az xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) oktyabr ayı üzrə hesabatında məlumat verilib.

İnstitutun analitiklərinin hesablamalarına görə, Rusiya qüvvələri oktyabr ərzində Ukraynada 139,85 kvadratkilometr əraziyə nəzarəti ələ keçirib. Bununla yanaşı, 167,14 kvadratkilometr ərazidən geri çəkilməli olub. Nəticədə Rusiyanın xalis ərazi itkisi 27,29 kvadratkilometr təşkil edib. Bu, gündəlik orta hesabla 0,88 kvadratkilometr itki deməkdir.

Hesabata əsasən, Rusiya qüvvələri yalnız Sumı və Zaporojye vilayətlərində müəyyən irəliləyiş əldə edə bilib. Cəbhənin digər istiqamətlərində, o cümlədən Moskvanın əsas hədəflərindən biri olan Donetsk vilayətində isə ərazi itkisi qeydə alınıb.

banner

Beləliklə, ISW-nin məlumatları Rusiya ordusunun sentyabr ayından etibarən cəbhədə ümumi ərazi balansı baxımından gerilədiyini göstərir.

Əlaqəli Yazılar Xüsusi