Ev DünyaŞoyqu: “Qərbin müstəmləkəçi dövlətləri öz-özünə parçalanır”

Şoyqu: “Qərbin müstəmləkəçi dövlətləri öz-özünə parçalanır”

by Baş Redaktor
43 Baxış

Rusiya Qərb dövlətlərinin parçalanmasına nail olmaq niyyətində deyil, çünki keçmiş müstəmləkəçi ölkələr bu prosesi özləri yaşayırlar.

Army.az xəbər verir ki, bunu Rusiyanın Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib.

Şoyqu müstəmləkəçilik siyasətinə məruz qalmış xalqların getdikcə daha fəal şəkildə öz kimliklərini dərk etdiklərini və öz müqəddəratlarını müəyyənləşdirmək istədiklərini söyləyib.

Onun fikrincə, vaxtilə müstəmləkə altında olmuş xalqların milli özünüdərkinin güclənməsi keçmiş müstəmləkəçi dövlətlərdə parçalanma proseslərini sürətləndirir.

banner

Şoyqu, eyni zamanda, Rusiyanın parçalanmasına yönəlmiş xarici cəhdlərin davam edəcəyini iddia edib.

O, bu kontekstdə Polşa və Baltikyanı ölkələrdə Rusiyanı daxildən parçalamaq məqsədi daşıyan fəaliyyətlər üçün mütəxəssislərin hazırlandığını irəli sürüb.

Əlaqəli Yazılar Xüsusi