Ev DünyaTürkiyədə sabiq nazir həbs edildi

Türkiyədə sabiq nazir həbs edildi

by Baş Redaktor
59 Baxış

Türkiyənin keçmiş ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya barəsində maliyyə bazarındakı əməliyyatlarla əlaqədar aparılan cinayət işi üzrə həbs qərarı verilib.

Army.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.

Bildirilib ki, İstanbul Baş Prokurorluğunun Terrorizmin Maliyyələşdirilməsi və Çirkli Pulların Yuyulması Cinayətlərinin İstintaqı Bürosu tərəfindən araşdırılan iş çərçivəsində Kaya ifadə vermək üçün prokurorluğa çağırılıb.

Sabiq nazirin ifadəsi 2 saat 15 dəqiqə ərzində alınıb. Bundan sonra o, “Kapital Bazarı Qanununun pozulması” və “cinayət törətmək məqsədilə yaradılmış təşkilata üzv olmaq” ittihamları ilə məhkəməyə təqdim edilib. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib.

banner

İş üzrə araşdırmalar əsasən “Özata Denizcilik” şirkətinin səhmləri ilə bağlı aparılan əməliyyatlara yönəlib. İstintaq materiallarında Kayanın bu istiqamətdəki maliyyə fəaliyyətində şübhəli məqamların olduğu bildirilir.

Kapital Bazarı Şurasının hesabatında isə sabiq nazirin səhmlərin qiymətinə və investorların davranışına təsir edə biləcək, lakin rəsmi şəkildə açıqlanmayan məlumatlara sahib olması ehtimalı irəli sürülüb.

Prokurorluğun sənədlərində göstərilən məlumatlara əsasən, Kaya 2026-cı ilin aprelində aldığı səhmləri sentyabrın 16-da, investisiya fondlarının ləğvi ilə bağlı qərarın elan edilməsindən bir gün əvvəl satıb. Bundan başqa, satışdan əldə edilən pulun standart iki iş günlük hesablaşma müddəti tamamlanmadan, elə həmin gün onun bank hesabına köçürüldüyü qeyd olunur.

Əlaqəli Yazılar Xüsusi