Ev DünyaPeskovdan Ermənistanın KTMT-dəki gələcəyi ilə bağlı açıqlama

Peskovdan Ermənistanın KTMT-dəki gələcəyi ilə bağlı açıqlama

by Baş Redaktor
78 Baxış

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzvlüyünün davam edib-etməyəcəyi qurum daxilində keçiriləcək müzakirələrdən sonra bəlli olacaq.

Army.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

Kremlin sözçüsü bildirib ki, KTMT-nin nizamnamə sənədlərində üzv dövlətlərin statusu ilə bağlı məsələlərin tənzimlənməsi üçün müvafiq prosedurlar və hüquqi mexanizmlər mövcuddur.

Peskov Ermənistanın təşkilatdakı gələcək mövqeyinin məhz bu çərçivədə aparılacaq müzakirələrin gedişindən və nəticələrindən asılı olacağını vurğulayıb:

banner

“Ermənistanın təşkilatdakı üzvlüyü ilə bağlı bundan sonrakı proses qurum çərçivəsində aparılacaq müzakirələrin xarakterindən asılı olacaq”.

Əlaqəli Yazılar Xüsusi