Ev DünyaKTMT-də Ermənistanın bayrağı sahibsiz qaldı – Moskvadan diqqətçəkən görüntü

KTMT-də Ermənistanın bayrağı sahibsiz qaldı – Moskvadan diqqətçəkən görüntü

by Baş Redaktor
97 Baxış

Ermənistan Moskvada keçirilən KTMT-nin birgə iclasına nümayəndə göndərməyib.

Army.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Məlumata görə, Moskvada KTMT-yə üzv ölkələrin xarici işlər və müdafiə nazirləri, eləcə də Təhlükəsizlik Şuraları katiblərinin iştirakı ilə birgə toplantı keçirilir. Lakin Ermənistan tərəfi tədbirdə təmsil olunmayıb.

İclasdan əvvəl təşkilata üzv dövlətlərin nümayəndələri jurnalistlər üçün birgə foto çəkdirməyə hazırlaşarkən Ermənistan nümayəndə heyətinin iştirak etmədiyi diqqət çəkib. Nəticədə qrup fotosunda Ermənistan üçün nəzərdə tutulan bayraq nəzarətsiz qalıb.

banner

Əlaqəli Yazılar Xüsusi