Ev Dünya“Ukraynalılar uduzsa, hər şey tez bitər” – Boris Conson

“Ukraynalılar uduzsa, hər şey tez bitər” – Boris Conson

by Baş Redaktor
60 Baxış

Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson Rusiya ilə müharibə başlamazdan əvvəl Almaniya kanslerinin ofisində Ukraynanın qısa müddətdə məğlub ola biləcəyi ilə bağlı fikirlərin səsləndirildiyini iddia edib.

Army.az xəbər verir ki, Conson bu barədə “The Free Press”ə müsahibəsində danışıb.

Onun sözlərinə görə, müharibədən əvvəl Almaniya kanslerinin aparatında yüksək vəzifəli şəxslərdən biri mümkün münaqişənin sürətlə başa çatmasının daha yaxşı variant ola biləcəyini düşünürdü.

Keçmiş baş nazir həmin şəxsin Ukraynanın məğlub olması və bununla da münaqişənin tezliklə sona çatmasının mümkünlüyünü dilə gətirdiyini bildirib.

banner

Əlaqəli Yazılar Xüsusi