Ev DünyaƏrdoğan Azərbaycana təşəkkür etdi

Ərdoğan Azərbaycana təşəkkür etdi

by Baş Redaktor
67 Baxış

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya şəhərində təşkil olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində çıxış edib.

Army.az xəbər verir ki, Türkiyə dövlət başçısı sammitin hazırlanmasında göstərdiyi dəstəyə görə BMT-nin Baş katibi Antonio Quterreşə, COP31 çərçivəsində formalaşdırılan xüsusi tərəfdaşlıq modelinə verdiyi töhfəyə görə Avstraliyanın Baş naziri Entoni Albaneseyə minnətdarlığını bildirib. O, həmçinin əvvəlki iqlim sammitlərinin təcrübəsini bölüşən Braziliya və Azərbaycana təşəkkürünü çatdırıb.

Ərdoğan çıxışında iqlim dəyişmələrinin planet və bəşəriyyət üçün yaratdığı təhlükələrdən bəhs edərək ətraf mühitin qorunmasının ortaq məsuliyyət olduğunu vurğulayıb.

Türkiyə Prezidenti bildirib ki, Yer kürəsi bütün insanların ortaq evidir və onun təbii sərvətlərini əvəz edə biləcək alternativ planetimiz yoxdur:

banner

“Hamımızın bir damı var, o da göy üzüdür. Hamımızın evinin bir bağçası var, o da yer üzüdür. Bizim başqa göy üzümüz, yer üzümüz, okeanlarımız, dənizlərimiz və meşələrimiz yoxdur. Ətraf mühitə həssas yanaşma bütün qədim sivilizasiyaların, köklü mədəniyyətlərin və dinlərin ortaq dəyərlərindən biridir. Amma bu gün bəşəriyyət həddindən artıq istehlak ehtirasının da təsiri ilə, bəlkə də tarixinin ən dərin mövcudluq böhranlarından birini yaşayır”.

Əlaqəli Yazılar Xüsusi