Ev DünyaHörmüz boğazında iki neft tankeri alova büründü – İran səbəbi açıqladı

Hörmüz boğazında iki neft tankeri alova büründü – İran səbəbi açıqladı

by Baş Redaktor
46 Baxış

Hörmüz boğazından icazəsiz keçməyə cəhd göstərən iki neft tankerində dəniz minaları ilə toqquşma nəticəsində yanğın baş verdiyi bildirilir.

Army.az xəbər verir ki, bu barədə İran Hərbi Dəniz Qüvvələrinin İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Qurumun açıqlamasına görə, tankerlər müəyyən edilmiş qaydaları pozaraq naviqasiya və identifikasiya sistemlərini deaktiv edib, təhlükəli marşrutla boğazı keçməyə çalışıblar.

İran tərəfi həmçinin gəmilərin ABŞ hərbi aviasiyasının müşayiəti ilə hərəkət etdiyini və onlara amerikalı zabitin rəhbərlik etdiyini iddia edib.

banner

Məlumatda yanğının söndürülməsi üçün aparılan müdaxilələrə baxmayaraq, hər iki tankerdə alovun davam etdiyi vurğulanıb.

Əlaqəli Yazılar Xüsusi