Ev DünyaKaladze: “Tramp ABŞ-Gürcüstan münasibətlərində yeni mərhələnin əsasını qoya bilər”

Kaladze: “Tramp ABŞ-Gürcüstan münasibətlərində yeni mərhələnin əsasını qoya bilər”

by Baş Redaktor
54 Baxış

ABŞ Prezidenti Donald Trampın Gürcüstanla münasibətlərdə yaranmış gərginliyi aradan qaldırmaq və ikitərəfli əməkdaşlığı yenidən qurmaq imkanı var.

Army.az xəbər verir ki, bu barədə hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze “İmedi” telekanalına müsahibəsində danışıb.

O, Co Baydenin prezidentliyi dövründə Vaşinqtonun Tbilisiyə qarşı siyasətini tənqid edərək, həmin administrasiyanın qəbul etdiyi qərarların Gürcüstana qarşı ədalətsiz olduğunu bildirib.

Kaladzenin sözlərinə görə, əvvəlki ABŞ administrasiyasının açıqlamaları və qərarları həqiqətə uyğun olmayan iddialara və böhtanlara əsaslanıb. O, belə münasibətin tərəfdaşlıq və dostluq prinsipləri ilə uzlaşmadığını vurğulayıb.

banner

Partiya rəsmisi hesab edir ki, Donald Trampın rəhbərlik etdiyi yeni administrasiya Vaşinqtonun əvvəlki mövqeyini dəyişə və Gürcüstanla münasibətləri yenidən formalaşdırmağa başlaya bilər.

Qeyd edək ki, Gürcüstanla ABŞ arasında diplomatik münasibətlər 2024-cü ildə xarici agentlər haqqında qanunun qəbulundan sonra ciddi şəkildə gərginləşib.

Əlaqəli Yazılar Xüsusi