Ev DünyaKoştadan Rusiyaya mesaj: “Avropada təsir dairələri dövrü bitib”

Koştadan Rusiyaya mesaj: “Avropada təsir dairələri dövrü bitib”

by Baş Redaktor
49 Baxış

Avropa İttifaqı Ukraynada uzunmüddətli və ədalətli sülhün təmin edilməsi, eyni zamanda Avropa qitəsinin təhlükəsizliyinin qorunması ilə bağlı vahid prinsiplər formalaşdırmalıdır.

Army.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının sədri Antonio Koşta Avropa Siyasi Birliyinin 9-cu sammitinin açılış plenar iclasında çıxışı zamanı bildirib.

Koştanın sözlərinə görə, Avropanın təhlükəsizliyi Ukraynanın təhlükəsizliyindən və münaqişənin ədalətli, davamlı həllindən ayrı təsəvvür edilə bilməz.

Aİ Şurasının rəhbəri qeyd edib ki, Ukrayna digər suveren dövlətlər kimi öz tərəfdaşlarını, müttəfiqlərini və gələcək inkişaf istiqamətini sərbəst müəyyənləşdirmək hüququna malikdir:

banner

“Avropada təsir dairələri dövrü çoxdan başa çatıb”.

Əlaqəli Yazılar Xüsusi