Ev DünyaFransada fişəng qadağası: Etirazçılar pirotexnikadan silah kimi istifadə edir

Fransada fişəng qadağası: Etirazçılar pirotexnikadan silah kimi istifadə edir

by Baş Redaktor
73 Baxış

Fransa ölkədə baş verən iğtişaşlar və hüquq-mühafizə orqanlarına qarşı hücumlar səbəbindən fişəng və digər pirotexniki vasitələrin satışına noyabrın 27-dək məhdudiyyət qoyub.

Army.az xəbər verir ki, müvafiq qərar noyabrın 15-də rəsmi dövlət bülletenində dərc olunub.

Məhdudiyyət əvvəllər yetkinlik yaşına çatmış şəxslərə sərbəst şəkildə satılan F2 və F3 kateqoriyalı pirotexniki məhsulları əhatə edir.

F4 kateqoriyalı vasitələrin satışı isə yalnız peşəkar pirotexniklər üçün nəzərdə tutulub. Bu məhsullar əvvəllər də xüsusi icazə ilə ixtisaslaşmış mağazalardan əldə edilə bilirdi və onların küçələrdə istifadəsinə icazə verilmirdi.

banner

Fərmanda qərarın səbəbi belə izah olunub: “Bu vasitələr artıq bayram əyləncəsi üçün istifadə olunmur, onlarla insanlara xəsarət yetirilir”.

Hökumət nümayəndəsi isə bildirib ki, Fransada etiraz və nümayiş keçirmək hüququ qorunur, lakin bu, başqalarına xəsarət yetirməyə əsas vermir. Onun sözlərinə görə, nümayişçilər pirotexniki vasitələrdən polis və jandarm qüvvələrinə qarşı silah kimi istifadə edirlər.

Əlaqəli Yazılar Xüsusi