Ev DünyaSibiqa: Ukrayna qeyd-şərtsiz atəşkəsə hazırdır

Sibiqa: Ukrayna qeyd-şərtsiz atəşkəsə hazırdır

by Baş Redaktor
85 Baxış

Ukrayna Rusiya ilə qeyd-şərtsiz atəşkəsə hazır olduğunu bəyan edib. Bununla yanaşı, Kiyev hesab edir ki, ABŞ-ın sülh prosesində fəal iştirakı olmadan müharibənin dayandırılması mümkün görünmür.

Army.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Ankarada NATO Zirvəsi çərçivəsində təşkil olunan “Vəziyyətin dəyişməsi: Ukrayna Avropanın təhlükəsizlik təminatçısı kimi” mövzusunda paneldə çıxışı zamanı danışıb.

Nazir vurğulayıb ki, Ukrayna sülhün əldə edilməsinə mane olan tərəf olmayacaq.

Onun sözlərinə görə, Kiyev qeyd-şərtsiz atəşkəsə hazırdır və münaqişənin diplomatik yolla həlli üçün konkret, praktik təşəbbüslər irəli sürür.

banner

Sibiqa əlavə edib ki, Ukraynanın əsas məqsədi ədalətli və davamlı sülhün təmin olunmasıdır və bu istiqamətdə beynəlxalq tərəfdaşlarla əməkdaşlıq davam etdiriləcək.

Əlaqəli Yazılar Xüsusi