Ev TexnologiyaTrampın “F-35” planı Konqresi ayağa qaldırdı – Türkiyə cavab gözləyir

Trampın “F-35” planı Konqresi ayağa qaldırdı – Türkiyə cavab gözləyir

by Baş Redaktor
37 Baxış

ABŞ Konqresində Türkiyəyə “F-35” qırıcılarının mümkün satışına münasibətdə narahatlıq güclənməkdədir.

Army.az xəbər verir ki, bu barədə “The Washington Post” nəşri məlumat yayıb.

Məlumata görə, həm Demokratlar, həm də Respublikaçılar Partiyasını təmsil edən qanunvericilər Ankaranın beşinci nəsil “F-35” döyüş təyyarələri əldə etməsinə ehtiyatla yanaşır və bu addımı dəstəkləmirlər. Bununla yanaşı, Respublikaçılar Partiyasının üstünlük təşkil etdiyi Konqresin belə bir razılaşmanın qarşısını almaq üçün rəsmi addım atıb-atmayacağı hələ dəqiqləşməyib.

“Politico” nəşri isə yazır ki, ABŞ Prezidenti Donald Trampın Türkiyəyə “F-35″lərin verilməsinin mümkünlüyünə dair səsləndirdiyi fikirlər Konqres üzvləri arasında ciddi narazılığa səbəb olub.

banner

Əlaqəli Yazılar Xüsusi