Ev DünyaZaxarovadan Consona atmaca: Arağı özü istəyirdi!

Zaxarovadan Consona atmaca: Arağı özü istəyirdi!

by Baş Redaktor
57 Baxış

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Böyük Britaniyanın sabiq Baş naziri Boris Consonun Sergey Lavrovun ona araq içirdiyi barədə iddiasını təkzib edib.

Army.az xəbər verir ki, Zaxarova bu barədə “Komsomolskaya Pravda” nəşrinə müsahibəsində danışıb.

O bildirib ki, Consonun qarşısında şərab da olub, lakin o, öz seçimi ilə arağa üstünlük verib. Zaxarovanın sözlərinə görə, həmin nahar zamanı britaniyalı siyasətçi dəfələrlə ona yenidən içki süzülməsini istəyib.

Diplomat xatırladıb ki, daha sonra görüşə Böyük Britaniyanın sabiq Baş naziri Liz Trass da gəlib. Onun sözlərinə görə, Trassın davranışı və yaratdığı ab-hava hətta orada olan kişiləri belə təəccübləndirib.

banner

Zaxarova həmin görüşün Moskvadakı Zinaida Morozovanın malikanəsində keçirildiyini qeyd edib. Bu bina 1938-ci ildən Rusiya Xarici İşlər Nazirliyinin qəbul evi kimi fəaliyyət göstərir.

Əlaqəli Yazılar Xüsusi