Ev GündəmTrampdan “McDonald’s”a qədər: Köhnə paylaşımların arxasında nə baş verir?

Trampdan “McDonald’s”a qədər: Köhnə paylaşımların arxasında nə baş verir?

by Baş Redaktor
72 Baxış

ABŞ Prezidenti Donald Trampın, eləcə də “McDonald’s” və “Burger King” şirkətlərinin sosial şəbəkə hesablarında illər əvvəl yayımlanmış bəzi paylaşımlardakı keçidlərin istiqaməti naməlum şəxslər tərəfindən dəyişdirilib.

Army.az xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.

Bildirilib ki, hadisə əsasən 2011–2013-cü illər ərzində “X” (keçmiş “Twitter”) platformasında paylaşılan materiallara aiddir.

Məlumata əsasən, “Burger King”in restoranlarının yerləşdiyi ünvanlar barədə məlumat verən köhnə paylaşımlarındakı keçidlər artıq istifadəçiləri Adolf Hitler və nasist konsentrasiya düşərgələri haqqında məlumatların yer aldığı internet səhifələrinə yönləndirir.

banner

“McDonald’s” şirkətinin əvvəlki paylaşımlarından birindəki keçidin də istiqaməti dəyişdirilib. Həmin linkə daxil olan istifadəçilər 11 sentyabr terror hücumları ilə bağlı məlumatların dərc olunduğu səhifəyə yönləndirilir.

Oxşar dəyişikliklərin Donald Trampın sosial şəbəkə hesabında da aşkarlandığı bildirilir. Belə ki, onun təxminən 20 köhnə paylaşımında yerləşdirilən keçidlər başqa ünvanlara yönləndirilir.

Əlaqəli Yazılar Xüsusi