Ev GündəmErmənistanda Azərbaycan hərbçisi ilə bağlı iş məhkəməyə göndərildi

Ermənistanda Azərbaycan hərbçisi ilə bağlı iş məhkəməyə göndərildi

by Baş Redaktor
47 Baxış

Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevlə bağlı cinayət işinin istintaqı başa çatdırılaraq materiallar məhkəməyə təqdim edilib.

Army.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu “Sputnik Ermənistan”a məlumat verib.

Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun mətbuat xidməti oktyabrın 1-də Nəsimi Musayevin axtarışa verildiyini açıqlamışdı. Bildirilmişdi ki, o, 2026-cı il sentyabrın 26-da xidmət yerində olmayıb və harada olduğu müəyyən edilməyib. Bundan sonra Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən axtarış tədbirlərinə başlanılıb.

Hadisənin səbəblərinin və başvermə şəraitinin müəyyənləşdirilməsi üçün Hərbi Prokurorluqda da araşdırma aparılıb. Araşdırma zamanı Nəsimi Musayevin hərbi hissəni özbaşına tərk etməsi ilə bağlı əsaslı şübhələrin yarandığı bildirilib.

banner

Əlaqəli Yazılar Xüsusi