Ev DünyaGürcüstandan 74 əcnəbi deportasiya edildi – Azərbaycan vətəndaşları da var

Gürcüstandan 74 əcnəbi deportasiya edildi – Azərbaycan vətəndaşları da var

by Baş Redaktor
63 Baxış

Gürcüstanda miqrasiya qaydalarını pozan 74 əcnəbi ölkədən çıxarılıb.

Army.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin bildirdiyinə görə, deportasiya edilən şəxslərin Gürcüstana yenidən daxil olmasına qadağa qoyulub.

DİN-in açıqlamasında qeyd olunub ki, Miqrasiya İdarəsinin keçirdiyi kompleks tədbirlər çərçivəsində müxtəlif ölkələrin vətəndaşı olan 74 nəfər ölkədən deportasiya edilib. Onların arasında Hindistan, İordaniya, Pakistan, Cənubi Afrika, Ermənistan, Əfqanıstan, Belarus, Misir, Rusiya, Yəmən, Livan, Nigeriya, Türkiyə, Azərbaycan, Çin, Türkmənistan və Qırğızıstan vətəndaşları da var.

banner

Əlaqəli Yazılar Xüsusi