Ev ÖlkəErmənistanda həbsdə olan azərbaycanlı hərbçi ilə bağlı məhkəmə prosesi başlayır

Ermənistanda həbsdə olan azərbaycanlı hərbçi ilə bağlı məhkəmə prosesi başlayır

by Baş Redaktor
69 Baxış

Ermənistanda həbsdə saxlanılan Azərbaycan hərbçisi Nəsimi Rahim oğlu Musayevlə bağlı cinayət işi Gorus məhkəməsində araşdırılacaq.

Army.az xəbər verir ki, bu barədə NEWS.am Ermənistanın “Dataleks” məhkəmə informasiya sistemində yer alan məlumatlara istinadən xəbər yayıb. Məlumata görə, cinayət işinin icraatı Sünik vilayət məhkəməsinin hakimi Hraç Dacuntsa həvalə edilib.

Ermənistanın irəli sürdüyü ittihama görə, Nəsimi Musayev 2026-cı il sentyabrın 26-da Laçın rayonunda yerləşən döyüş mövqeyində xidmət etdiyi vaxt sərhədi keçərək Ermənistan ərazisinə daxil olub. Bildirilir ki, onun üzərində avtomat silah, döyüş sursatı və süngü-bıçaq olub.

İttiham sənədlərində qeyd olunur ki, hərbçi sentyabrın 30-dan oktyabrın 1-dək olan müddətdə Sünik vilayətinin Şəki yaşayış məntəqəsindəki yaşayış evlərindən birinə daxil olub. Həmin evdən mobil telefon, ağıllı saat, nağd pul və digər əşyaların götürüldüyü iddia edilir.

banner

Əlaqəli Yazılar Xüsusi