Ev Hərbi XəbərlərZelenski: “Krım körpüsünə hücum əməliyyatın yeddinci mərhələsi olub”

Zelenski: “Krım körpüsünə hücum əməliyyatın yeddinci mərhələsi olub”

by Baş Redaktor
53 Baxış

Ukrayna Prezidenti Volodimir Zelenski Krım körpüsünə endirilən zərbənin bir neçə həftə ərzində həyata keçirilən genişmiqyaslı əməliyyatın sonuncu deyil, yeddinci mərhələsi olduğunu açıqlayıb.

Army.az xəbər verir ki, bu barədə Zelenski məlumat verib. Onun sözlərinə görə, əməliyyat Ukrayna Təhlükəsizlik Xidməti ilə Silahlı Qüvvələrin Baş Qərargahının birgə planlaşdırması və koordinasiyası əsasında reallaşdırılıb.

Prezident qeyd edib ki, əsas hədəfə çatmaq üçün əvvəlcə marşrut boyunca yerləşən hava hücumundan müdafiə kompleksləri, radar qurğuları, radioelektron mübarizə sistemləri və digər müəyyən edilmiş obyektlər sıradan çıxarılıb.

Zelenskinin bildirdiyinə görə, əməliyyat çərçivəsində “Palyanitsa” PUA-ları körpünün avtomobil yoluna, “Neptun” raketləri, “Ruta” dronları və FP-5 “Flaminqo” isə dəmir yolu infrastrukturuna zərbələr endirib.

banner

Əlaqəli Yazılar Xüsusi