İsrail iyun ayından etibarən Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasla birbaşa təmasları kəsib.
Army.az xəbər verir ki, bu barədə “Politico” nəşri İsrailin xarici işlər naziri Gideon Saarın açıqlamasına istinadən məlumat yayıb.
Saar bildirib ki, əlaqələrin dayandırılması qərarı yalnız Kallasa şamil olunur. Onun sözlərinə görə, Avropa İttifaqının digər rəsmiləri, qurumları və üzv dövlətləri ilə təmaslar əvvəlki qaydada davam edir.
Nəşrin məlumatına görə, bu addım Kallasın İsrailin fələstinlilərə qarşı siyasətini sərt tənqid etməsi barədə xəbərin yayılmasından sonra atılıb.
Qeyd edək ki, Kallas daha əvvəl Rusiyanın Ukraynada hərbi əməliyyatlarda iştirak edən şəxsləri barədə məlumatların kiberhücum yolu ilə əldə edilməsini təklif etmişdi. O, məlumatların rəqəmsal formatda saxlanılması səbəbindən bu cür informasiyaya çıxışın nisbətən asan olduğunu bildirmişdi.
