Ev DünyaTbilisidə matəm elan edildi

Tbilisidə matəm elan edildi

by Baş Redaktor
42 Baxış

Tbilisidə yaşayış binasında baş verən partlayış nəticəsində 6 nəfərin həlak olması ilə əlaqədar noyabrın 22-də Gürcüstanda ümummilli matəm elan olunacaq.

Army.az xəbər verir ki, bununla bağlı Gürcüstan hökuməti müvafiq qərar qəbul edib.

Qərara uyğun olaraq, matəm günü ölkə ərazisində dövlət bayraqları yarıya qədər endiriləcək. Bu addım partlayış qurbanlarının xatirəsinin yad edilməsi məqsədi daşıyır.

Xatırladaq ki, faciəvi hadisə nəticəsində daha 4 nəfər xəsarət alıb. Dağıntılar altında qalan 7 nəfərdən yalnız 3 yaşlı uşağın sağ çıxarılması mümkün olub.

banner

Həyatını itirənlər arasında 3 qadın, 1 kişi və 2 uşaq var.

Əlaqəli Yazılar Xüsusi