Ev DünyaƏraqçi: “Hörmüz boğazı ilə bağlı tələblərimiz yerinə yetirilməlidir”

Əraqçi: “Hörmüz boğazı ilə bağlı tələblərimiz yerinə yetirilməlidir”

by Baş Redaktor
36 Baxış

İran Hörmüz boğazının yenidən açılması məsələsində irəli sürdüyü yeddi şərtin icra olunmasını tələb edir.

Army.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi danışıb.

O, açıqlamasında Tehranın irəli sürdüyü şərtlərin konkret nədən ibarət olduğunu açıqlamayıb.

Nazirin sözlərinə görə, İslamabadda uzunmüddətli müzakirələrdən sonra əldə edilən və hər iki ölkənin dövlət başçıları tərəfindən imzalanan memorandum artıq qüvvəsini itirmiş hesab olunur. Əraqçi ABŞ-ni sənədin əsas müddəalarından birini pozmaqda ittiham edib. Onun bildirdiyinə görə, bundan sonra tərəflər arasında vəziyyət dəyişib və memorandum çərçivəsində danışıqların davam etdirilməsinə maraq azalıb.

banner

Bununla yanaşı, Əraqçi iki günlük planın hələ də gündəmdə qaldığını vurğulayıb. O qeyd edib ki, ABŞ bu təşəbbüsə ciddi yanaşacağı təqdirdə, plan tərəflər arasında yeni razılaşmanın əldə olunmasına imkan yarada bilər.

Əlaqəli Yazılar Xüsusi