Ev Hərbi XəbərlərZelenski: “Krım körpüsü Ukrayna üçün qanuni hərbi hədəfdir”

Zelenski: “Krım körpüsü Ukrayna üçün qanuni hərbi hədəfdir”

by Baş Redaktor
48 Baxış

Ukrayna Prezidenti Volodimir Zelenski Krım yarımadasını Rusiya ilə birləşdirən körpünün Kiyev tərəfindən qanuni hərbi hədəf hesab edildiyini açıqlayıb. O, zərurət yaranacağı təqdirdə həmin infrastruktura qarşı hücumların davam etdirilə biləcəyini istisna etməyib.

Army.az xəbər verir ki, bu barədə Zelenski noyabrın 20-də ABŞ-nin NBC telekanalına müsahibəsində körpünün gələcək taleyi ilə bağlı ünvanlanan suala cavabında danışıb.

Ukrayna Prezidenti Rusiyanın dövlət başçısı Vladimir Putinin körpünün təhlükəsizliyinə zəmanət olmadığını başa düşməli olduğunu vurğulayıb.

Zelenskinin sözlərinə görə, Moskva 2014-cü ildə Krımı ilhaq etdikdən sonra yarımadanı öz ərazisi kimi təqdim etməyə başlayıb. Daha sonra isə Krım körpüsü inşa olunaraq Rusiyanın infrastrukturunun bir hissəsi kimi rəsmiləşdirilib. O, bu addımların beynəlxalq ictimaiyyət tərəfindən tanınmadığını diqqətə çatdırıb.

banner

Əlaqəli Yazılar Xüsusi