Ev Hərbi XəbərlərPezeşkian: “İranda vəziyyət yaxşı deyil, amma…”

Pezeşkian: “İranda vəziyyət yaxşı deyil, amma…”

by Baş Redaktor
26 Baxış

İran Prezidenti Məsud Pezeşkian ölkədə mövcud vəziyyətin ürəkaçan olmadığını etiraf edərək, yaranmış çətinliklərin aradan qaldırılması üçün imkanların mövcud olduğunu vurğulayıb.

Army.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

Onun sözlərinə görə, hazırkı şəraiti olduğundan daha yaxşı göstərmək və cəmiyyətə əsassız nikbin mesajlar vermək düzgün yanaşma deyil.

Pezeşkian bildirib ki, ölkədəki vəziyyət qənaətbəxş olmasa da, bu, mövcud problemlərin həllinin mümkünsüz olduğu anlamına gəlmir.

banner

Əlaqəli Yazılar Xüsusi