Ev DünyaPezeşkian vətəndaşlara müraciət etdi: Çətin dövr başlayır

Pezeşkian vətəndaşlara müraciət etdi: Çətin dövr başlayır

by Baş Redaktor
33 Baxış

İran Prezidenti Məsud Pezeşkian ölkənin yaxın aylarda ağır iqtisadi sınaqlarla qarşılaşacağını və əhalini çətin dövrün gözlədiyini açıqlayıb.

Army.az “Al Jazeera” telekanalına istinadən xəbər verir ki, dövlət başçısı bu barədə Tehranda təşkil olunan illik Kapital Bazarları Konfransında çıxışı zamanı danışıb.

Pezeşkian hazırkı iqtisadi vəziyyəti “səssiz iqtisadi müharibə” kimi xarakterizə edib. Onun sözlərinə görə, ölkənin üzləşdiyi bu təzyiqlər raketlərin tətbiq olunduğu hərbi qarşıdurmadan belə daha ağır nəticələrə səbəb ola bilər.

İran Prezidenti vətəndaşlara müraciət edərək qarşıdakı ayların asan keçməyəcəyini, ölkənin ciddi iqtisadi problemlərlə üzləşəcəyini vurğulayıb.

banner

Əlaqəli Yazılar Xüsusi