Ev DünyaTramp: Hörmüz boğazı “daimi olaraq açılır”

Tramp: Hörmüz boğazı “daimi olaraq açılır”

by Baş Redaktor
37 Baxış

“Hörmüz boğazının fəaliyyətinə dair yeni yanaşma tətbiq edilir”.

Army.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

Onun sözlərinə görə, bu qərar qlobal ticarət və xüsusilə Çin üçün də müsbət nəticələr verəcək.

ABŞ Prezidenti qeyd edib ki, Çin tərəfi İrana silah tədarükü etməmək barədə razılıq nümayiş etdirib.

banner

Onun sözlərinə görə, hazırkı mərhələdə tərəflər arasında əməkdaşlıq daha səmərəli şəkildə inkişaf edir və bu, qarşıdurma ehtimalını azaldır.

Tramp əlavə edib ki, zərurət yarandığı halda ABŞ-ın hərbi imkanları yüksək səviyyədədir, lakin prioritetin əməkdaşlıq və diplomatik həll olduğu vurğulanır.

Əlaqəli Yazılar Xüsusi