ABŞ-ın Hörmüz boğazında mümkün blokada addımı mövcud atəşkəs razılaşmasının pozulmasına gətirib çıxara bilər.
Army.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi məlumat verib.
O bildirib ki, Vaşinqtonun atdığı bu cür addımlar beynəlxalq hüquq normalarına zidd hesab olunur.
Bəqayi vurğulayıb ki, vəziyyət daha da kəskinləşərsə, İran ordusu adekvat cavab verməyə hazırdır.
Onun sözlərinə görə, Hörmüz boğazının bağlanması təxribat xarakteri daşıyır və bu addım atəşkəsin davamlılığını ciddi şəkildə risk altına sala bilər.
