İran parlamentinin sədri Məhəmməd-Baqir Qalibaf ABŞ Prezidenti Donald Trampın Tehranla danışıqlar barədə dediyi sözlərə münasibət bildirib.
Army.az xəbər verir ki, bu barədə o, öz “Telegram” kanalında yazıb.
Qalibaf Trampın İranla danışıqlar haqda açıqlamalarını yalan adlandırıb və qeyd edib ki, Hörmüz boğazı hələ də bağlı qalır. Onun sözlərinə görə, ABŞ İran limanlarına tətbiq etdiyi blokadanı aradan qaldırmayıb.
“ Tramp bildirib ki, boğazdan tranzit müəyyən edilmiş marşrut üzrə və İranın icazəsi ilə həyata keçiriləcək. Media müharibəsi və ictimai rəyin manipulyasiyası müharibənin mühüm hissəsidir və İran xalqı bu cür hiylələrdən zərər görməyəcək”, — deyə o vurğulayıb.
