NATO-nun baş katibi Mark Rutte ABŞ-ın alyansı tərk edəcəyi ilə bağlı iddiaları real saymadığını açıqlayıb.
Army.az xəbər verir ki, o, bu fikirləri Welt am Sonntag nəşrinə müsahibəsində səsləndirib.
Rutte bildirib ki, Vaşinqtonun NATO-dan çıxması ehtimalını görmür. Bununla yanaşı, o, ABŞ Prezidenti Donald Trampın bəzi müttəfiq ölkələrdən narazılığını gizlətmədiyini deyib və müəyyən mənada bu narahatlıqları anladığını vurğulayıb.
Onun sözlərinə görə, mövcud qlobal şəraitdə alyans çərçivəsində Avropanın daha fəal və güclü rola sahib olması vacibdir. Rutte xüsusilə Almaniyanın bu istiqamətdə digər ölkələr üçün örnək ola biləcəyini qeyd edib.
