Ev DünyaLukaşenko Zelenskiyə eyham vurdu: “Mən pul üçün yalvarmıram”

Lukaşenko Zelenskiyə eyham vurdu: “Mən pul üçün yalvarmıram”

by Baş Redaktor
27 Baxış

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ ilə böyük razılaşmaya hazır olduğunu bildirib, lakin bunun yalnız hər iki tərəfin maraqları nəzərə alındığı halda mümkün olacağını vurğulayıb.

Army.az xəbər verir ki, o, bu barədə RT kanalına müsahibəsində danışıb.

Belarus liderinin sözlərinə görə, Minsk ilə Vaşinqton arasında razılaşma məsələsi artıq uzun müddətdir müzakirə olunur. Bununla yanaşı, o qeyd edib ki, heç nə üçün “yalvarmaq və boyun əymək” niyyətində deyil, çünki bu onun üçün əsas məqsəd deyil.

“Axı mən Volodimir Zelenski deyiləm ki, Donald Trampın yanına qaçıb pul və ya silah istəyim”, — deyə Lukaşenko ironik şəkildə bildirib.

banner

Əlaqəli Yazılar Xüsusi