39
İsrail Müdafiə Qüvvələri Livanda atəşkəs qüvvəyə minməzdən bir gün əvvəl cənubdakı Bint Cbeil bölgəsinin komandirinin zərərsizləşdirildiyini açıqlayıb.
Army.az xəbər verir ki, hava zərbələri nəticəsində 150-dən çox "Hizbullah" üzvü, o cümlədən bir neçə komandir öldürülüb.
Cümə axşamı İsrail ordusu Livanın müxtəlif ərazilərində, o cümlədən raket buraxılış qurğuları, komanda mərkəzləri və silah anbarları daxil olmaqla təxminən 300 hədəfə zərbələr endirib. Ölənlər arasında Bint Cübeyl bölgəsinin komandiri Əli Rza Abbas da var. Bu, son illərdə İsrail tərəfindən həmin sektorda zərərsizləşdirilən dördüncü komandirdir.
Hərbi məlumatlara görə, Livanda eskalasiyanın başlanmasından bu yana 1800-dən çox “Hizbullah” döyüşçüsü öldürülüb.