Ev DünyaRusiya ABŞ–İran danışıqlarında rol oynayır: Moskva prosesi təsdiqlədi

Rusiya ABŞ–İran danışıqlarında rol oynayır: Moskva prosesi təsdiqlədi

by Baş Redaktor
17 Baxış

Moskvanın ABŞ və İran arasında yaranmış münaqişənin həlli prosesində diplomatik səviyyədə iştirak etdiyi və Tehranla aktiv əlaqələr saxladığı bildirilib.

Army.az xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının beynəlxalq işlər komitəsinin sədri Qriqori Karasin məlumat yayıb.

Qeyd edək ki, daha əvvəl İranın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Kazım Cəlali Tehran tərəfin Moskvanın Yaxın Şərqdəki münaqişənin nizamlanmasına yardımını qəbul etməyə hazır olduğunu bildirmişdi. Onun sözlərinə görə, Rusiya İranın dostudur və tərəflər arasında məsləhətləşmələr fasiləsiz davam edir.

Karasin qeyd edib ki, Rusiya İranla sıx əlaqələri qoruyur və regional və beynəlxalq təhlükəsizliklə bağlı ən mürəkkəb məsələlərin müzakirəsinə açıqdır. Onun sözlərinə görə, Moskva İran tərəfinin bütün mövqelərini diqqətlə dinləyir və bu təcrübə fasiləsiz şəkildə davam edir:

banner

“Mən Kazım Cəlalinin fikirləri ilə tam razıyam. Biz bu mövzunu həm Moskvadakı səfirlik səviyyəsində, həm də beynəlxalq platformalarda müzakirə etməyə davam edəcəyik. Bu, tamamilə düzgün yanaşmadır”.

Əlaqəli Yazılar Xüsusi

Leave a Comment