Ev Hərbi XəbərlərBaltikdə böyük hərbi təlimlər başladı – minlərlə əsgər iştirak edir

Baltikdə böyük hərbi təlimlər başladı – minlərlə əsgər iştirak edir

by Baş Redaktor
16 Baxış

Estoniyada konvensional müharibə ssenarilərinin işlənməsi məqsədilə genişmiqyaslı hərbi təlimlər başlayıb.

Army.az xəbər verir ki, bu barədə Estoniya Müdafiə Nazirliyi məlumat yayıb.

“Spring Storm Exercise” adlı bu təlimlər Rusiya sərhədlərinə yaxın ərazilərdə keçirilir və ümumilikdə 12 mindən çox hərbçi iştirak edir. Təlimlərdə Estoniya ilə yanaşı ABŞ, Böyük Britaniya, Kanada, Fransa, Almaniya, Baltik ölkələri, Ukrayna və digər müttəfiqlər də yer alır.

Əsas məqsəd müttəfiqlərlə koordinasiyalı şəkildə müdafiə əməliyyatlarının planlaşdırılması və simulyasiya olunmuş döyüş şəraitində həyata keçirilməsidir. Təlimlərin iyunun 1-dək bir neçə mərhələdə davam edəcəyi bildirilir.

banner

Eyni zamanda Litvada da “Iron Wolf Exercise 2026” adlı taktiki sahə təlimlərinə start verilib. Təlimlərdə 2,5 mindən çox hərbçi və 300-dən artıq hərbi texnika iştirak edir.

Məqsəd ölkənin müdafiə planlarının icrasına hazırlıq səviyyəsini yoxlamaq və bölmələrin döyüş qabiliyyətini qiymətləndirməkdir. Təlimlərdə NATO-nun ön xətt gücləndirilmiş qrupları ilə yanaşı Böyük Britaniya və Polşa hərbçiləri də iştirak edir.

Əlaqəli Yazılar Xüsusi

Leave a Comment