ABŞ və Körfəz regionunun ərəb dövlətləri Hörmüz boğazında yaranmış gərgin vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasına təqdim etmək üçün yeni sənəd üzərində işləyir.
Army.az xəbər verir ki, bu barədə bu barədə ABŞ-ın BMT-dəki nümayəndəsi Mayk Volts məlumat verib.
Diplomatın sözlərinə görə, hazırlanan layihə İranın boğazda beynəlxalq gəmiçiliyə maneə törədən addımlarını qınamağı hədəfləyir. Sənəddə Tehrandan ticarət gəmilərinə qarşı hücumları dayandırmaq, keçidlərə ödəniş tətbiq etmək təşəbbüslərindən imtina etmək, eləcə də dənizdə mina yerləşdirilməsi fəaliyyətlərini dayandırmaq və onların koordinatlarını açıqlamaq tələb edilə bilər.
Məlumatda bildirilir ki, layihənin hazırlanmasında ABŞ ilə yanaşı Bəhreyn də fəal iştirak edir. Bundan əlavə, Küveyt, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı da təşəbbüsə dəstək verən tərəflər arasındadır.
